19 C
Baku
8 Sentyabr 2024, 3:39
Baş xəbərDigər

Narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir – Yazgül Abdiyeva

Bugun.tv xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin ilkin və aralıq nəticələri ilə bağlı ictimai müzakirə keçirilib.

Müzakirədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşları, QHT nümayəndələri iştirak edirdi.

Bu sahədə bir sıra layihələr, maarifləndirmə seminarları həyata keçirmiş “Sağlamlığının qorunması” İB-nin sədri, t.ü.f.d Yazgül Abdıyeva ilk olaraq narkomaniyaya qarşı mübarizə sahəsində fəaliyyətlərindən bəhs edib.

İctimai müzakirədə Yazgül Abdıyeva qeyd edib ki, – narkomaniya ilə mübarizə dövlətin prioritet məsələsidir. Bu gün bu problemdən əziyyət çəkənlərin sayı durmadan həndəsi silsilə ilə artır. Əsasən gənc nəsil arasında yayılan narkomaniya onların sağlamlığına ciddi ziyan vurur ki, bu da normal ailə modelinin inkişafına, sağlam gələcəkli, sağlam nəsil yetişməsinə ciddi maneələr yaradır.

O bildirib ki, – Narkomaniya ilə mübarizə bütövlükdə cəmiyyətin nəzərində olmalıdır. O, bütün bu kimi halların qarşısını almaq üçün narkomaniyaya qarşı mübarizə sahəsində davamlı addımların atılması üçün birgə təkliflər planı hazırlamaqla bağlı fikrini irəli sürüb. Narkomaniyanın yayılması və yaranması QİÇS kimi digər xəstəliklərin də ərsəyə gəlməsinə səbəb olmasını qeyd edib.

Sonda Yazgül Abdıyeva bu məsələ ilə bağlı təhsil ocaqlarında, sosial şəbəklər və televizayalarda maarifləndirmə tədbirlərinin həyata keçirilməsi üçün aidiyyəti şəxsləri və orqanları Narkomaniya ilə birgə mübarizəyə səsləyib.

Kəmalə Sultan

Oxşar xəbərlər

100 yaşlı fast food həvəskarı uzun ömür sürməyin sirrini paylaşdı

Aynur Camal

İlham Əliyev AMEA-nın sabiq prezidentini təltif etdi

Kəmalə Sultan

“Zəfərli Liderimizi Qardaş İlham Əliyevi salamlayırıq”

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu