16 C
Baku
27 Oktyabr 2025, 9:38
Baş xəbərKriminal

“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi

Bugun.tvxəbər verir ki Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici tədbir rayonun təşkil olunub. Tədbir Pensər kəndində Kənd Folklor evində təşkil olunub.

Təşkil olunan görüşdə Astara RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Amil Seyfullayev, Gənclər və İdman İdarəsinin rəisi Rufan Şirinov və digər qonaqlar çıxış ediblər. Onlar bildirib ki, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə belə tədbirlərin keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu səbəbdən məktəblərdə, təlim-tərbiyə müəssisələrində və digər kollektivlərdə maarifləndirmə işləri müntəzəm aparılmalıdır. O cümlədən hər bir şagird zərərli vərdişlərdən uzaq durmalı, təhsilə və idmana diqqətli yanaşmalı, vətənpərvər olmalı, valideynlərinin və dövlətimizin onlara bəslədiyi etimadı doğrultmağa çalışmalıdır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Kuba lideri Canel Qəzza ilə əlaqədar İsrail və ABŞ-a cavab verdi

Aynur Camal

Daha bir jurnalist şəhid oldu

Aynur Camal

Yeniyetmə evlərin birində oğurluq etdi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu