19 C
Baku
8 Sentyabr 2024, 4:03
Baş xəbərDigər

“Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirildi

Narkotik vasitələr

Bugun.tv xəbər verir ki, Saatlı Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Mustafabəyli kənd tam orta məktəbində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Görüşdə çıxış edən RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Əjdər Əliyev dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın insan sağlamlığı üçün yaratdığı təhlükələrdən söz açıb.

Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində ölkə ərazisində zəruri bütün tədbirlər görülür və qeyd edilən qanunsuz əməllə məşğul olan şəxslərin ifşa olunması istiqamətində qətiyyətli əməliyyat tədbirləri keçirilir.

Görüşün sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

İsveçrə bankı Pictet vergidən yayınmağa kömək etdiyinə görə cərimələndi

Kəmalə Sultan

Moskvada ən isti gecə rekordu yenilənib

Kəmalə Sultan

9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib – YENİLƏNİB

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu