5 C
Baku
15 Dekabr 2025, 3:32
Baş xəbərKriminal

Narkoşəbəkənin üzvləri aşkarlandı

Bugun.tv xəbər verir ki, narkoşəbəkənin üzvləri Yardımlı rayonu ərazisində saxlanılıb. Onlar ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş narkotik tərkibli həbləri Bakı şəhərinə daşıyaraq burada satışını təşkil etmək istəyiblər. Araşdırmalar zamanı onlardan 10 000 ədəd metadon həbi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv- yə  verilən məlumata görə,Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları əməliyyat tədbirləri keçiriblər. Əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, hər ikisi əvvəllər məhkum olunmuş Bakı şəhər sakinləri Vasif Kazımov və Vurğun Abıyev sonuncunun idarə etdiyi “Kia Rio” markalı avtomobildə Yardımlı-Masallı avtomobil yolunun 35-ci kilometrliyində saxlanılıblar. Həmin şəxslərdən 10 000 ədədə yaxın narkotik tərkibli metadon həbi aşkarlanaraq götürülüb.

Əməliyyat tədbirlərinin davamı nəticəsində onların sözügedən narkotik vasitəni əldə etdikləri şəxslər də müəyyən edilib və cinayətkar qrupun digər üzvləri, Yardımlı rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş Rafət Məcidli və Muxtar Bayıyev polis əməkdaşları tərəfindən saxlanılıblar. Saxlanılan şəxslərin hamısı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Yardımlı RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Şüvəlanda üç pollis əməkdaşı və bir mülkü şəxs qətlə yetirildi!

Bugün TV

“Məqsədim böyük bəla olan xərçəng xəstəliyini vaxtında yox, vaxtından tez tapmaqdır”

Bugün TV

Əbülfəz Elçibəyin vəfatının 24-cü ildönümündə anılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu