Dünya

Narkotacirlərə qarşı yeni metod tətbiq edilir

Danimarkanın Kristianiya bələdiyyəsində narkotik vasitələrin açıq ticarətindən qurtulmaq üçün on il davam edən uğursuz cəhdlərdən sonra yeni tədbirlər görülür.

Bugun.tv xəbər verir ki, bu həftədən etibarən Kopenhagen polisi narkotik vasitələrin mütəşəkkil dövriyyəsinə qarşı mübarizədə daha sərt cəza zonaları tətbiq edib. Yeni cərimə zonası çərşənbə günü günortadan etibarən altı ay müddətinə qüvvəyə minib. Bu tip zonalar indi narkotik vasitələrin sistematik dövriyyəsinin baş verdiyi məkanlarda tətbiq oluna bilər ki, bu da öz növbəsində həmin ərazilərdə yaşayan insanların təhlükəsizliyinə ciddi təhlükə yaradır. Alıcıları və satıcıları həm ikiqat cərimə, həm də iki dəfə artıq müddətə həbs cəzası gözləyir.

“Bu, narkotik ticarətinə tamamilə son qoymaq üçün atılan daha bir addımdır. Biz, xüsusilə Puşer küçəsində aşkar və sistematik narkotik alveri ilə mübarizədə effektiv vasitə kimi daha sərt cəza sahəsini görürük. Cərimə zonasının sərtləşdirilməsi ilə narkotik alverini tamamilə dayandırmaq üçün əlavə addımlar atırıq”, -deyə Kopenhagenin polis rəisi Ann Tönnes deyir.

Danimarka polisi qrup halında zorakılığı dayandırmaq üçün keçmişdə daha sərt cəza zonaları tətbiq edib, lakin yeni qanunvericilik həm də mütəşəkkil narkotik ticarətini cəzalandırmaq üçün alətlər təqdim edir. Kopenhagendəki Kristianiya bələdiyyəsi 50 ildən artıqdır ki, anarxistlər və narkotik liberalları üçün sığınacaq olub. Bu ərazi cinayətkar dəstələri daha çox cəlb edir və bu, zorakılıqla müşayiət olunan cinayətlərə və bir neçə üstü açılmamış qətllərə səbəb olur. Noyabr ayında Danimarka polisi növbəti dəfə Puşer küçəsini bağlayıb və bütün narkotik anbarlarını məhv edib. Amma əvvəllər olduğu kimi, narkotik alverçiləri tez bir zamanda öz fəaliyyətlərini bərpa ediblər.

Kopenhagenin polis rəisi əlavə edib: “Vətəndaşların təhlükəsizliyi bizim üçün əsas məsələdir və hesab edirik ki, Kristianiya və onun ətrafında daha sərt cərimə zonası təhlükəsizliyin artmasına kömək edəcək”.

Bugün TV

Oxşar xəbərlər

Zaxarova Zelenskinin seçkilərdən imtinasını şərh edib

Aynur Camal

İsrailin müdafiə naziri İrana qarşı əməliyyatın məqsədini açıqlayıb

Aynur Camal

Avropa bazarları İran müharibəsinin təsirindən sarsılır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu