Bugun.tv xəbər verir ki, Adanada narkotik satıcılarına qarşı keçirilən əməliyyatda saxlanılan 16 şübhəlidən 10-u həbs edilib. İl Təhlükəsizlik Müdirliyi Narkotik Suçlarla Mübarizə Şöbəsi qrupları narkotik tapıldığı yaşayış evlərində əməliyyat keçirib.
TRT Haber-in məlumatına görə, Qruplar ünvanlarda müxtəlif miqdarda narkotik vasitə ələ keçirib və 16 şübhəlini saxlayıb. Polis bölməsindəki əməliyyatların ardından ədliyyəyə sövq edilən şübhəlilərdən 10-u növbətçi hakimlik tərəfindən həbs edilib.
