Baş xəbərKriminal

Narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanıldı

Narkotik vasitələr

Bugun.tv-yə daxil olan məlumata görə, Şirvanda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan iki nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şübhəli bilinən şəhər sakinləri Murad Musayev və Şəmsi Məmmədlinin üzərinə keçirilən baxış zamanı müxtəlif çəkilərdə marixuana aşkar edilərək götürülüb.

Bundan əlavə, həmin şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri zamanı onların şəhər ərazisində yerləşən meşəlik ərazidə narkotik tərkibli bitkilər yetişdirdikləri müəyyən edilib.

Qeyd edilən əraziyə keçirilən baxış zamanı oradan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 36 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu