Baş xəbərKriminal

Narkotik aludəçilərinin atasının iddialarına cavab – Rəsmi/VİDEO

Narkotik vasitələr

Bugun.tv-yə daxil olan məlumata görə, İnternet Tv kanallarının birində polis əməkdaşlarının hərəkətləri ilə bağlı əsassız və həqiqətə uyğun olmayan iddialar səsləndirilib.

DİN-in mətbuat xidmətindən bildirilib ki, vətəndaş Vidadi Səmədovun narkotik aludəçisi olan övladları – əvvəllər CM-in 234-cü maddəsilə məhkum olunan Vüsal və Şahin Səmədovla bağlı səsləndirdiyi iddialarının hüquqi əsası yoxdur, yalandır, müdafiə məqsədi daşıyır.

Belə ki, mayın 15-də gecə saatlarında qardaşlar özlərinə məxsus “Daewo gentra”markalı maşınla sifariş verdikləri narkotik vasitəni götürmək məqsədilə Səbail rayonu Badamdar qəsəbəsinə gəliblər.

Qeyd olunan ərazidə xidmət aparan polis əməkdaşları həmin şəxslərə yaxınlaşarkən onlar nəqliyyat vasitəsini polis əməkdaşlarının üzərinə sürüb hadisə yerindən uzaqlaşmağa cəhd göstəriblər. Bu zaman polis əməkdaşı qanunamüvafiq olaraq xidməti tabel silahından istifadə etməklə avtomobilə atəş açıb. Nəticədə avtomobildə olan V.Səmədovun ayaq nahiyyəsindən xəsarət alıb. Araraşdırmalarla hadisə yerindən 1 büküm narkotik vasitə olan heroin aşkarlanıb.

V.Səmədovun müalicəsi davam etdirilir. Fakt üzrə araşdırmalar davam etdirilir.

Media subyektlərinin diqqətinə çatdırırıq ki, qərəzli, böhtan xarakterli məlumatları yayarkən diqqətli olsunlar, çaşqınlıq yaradan iddiaları tirajlamaqdan çəkinsinlər.

Aynur Camal

Oxşar xəbərlər

Anar Kərimovun müvafiq tapşırığı ilə hazırlanan qərarın icrasına başlanılıb

Aynur Camal

Zəlzələdə 36 nəfərin öldüyü yaşayış binasının memarı həbs edilib

Bugün TV

Omnia ağıllı güzgü təqdim edildi: həvəsləndirir və gözəllik məsləhətləri verir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu