29 C
Baku
9 İyun 2025, 13:37
Baş xəbərKriminal

Narkotik alverçisi həbs olundu

Bugun.tv xəbər verir ki, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının İran İslam Respublikası ilə sərhədyanı ərazidə keçirdikləri əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik tərkibli vasitələr və həblər qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, polis əməkdaşlarının rayonun Əhmədli kəndi ərazisində keçirdikləri əməliyyat zamanı rayon sakini Kənan Muradlı saxlanılıb. Ondan ümumlikdə, 8 kiloqramdan artiq heroin ve tiryək, eləcə də, ümumilikdə, 150 ədəd güclü təsiredici xassəyə malik metadon və tramadol həbləri aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı K.Muradlı narkotik vasitələri “Baba” şərti adlı İran sakininin vasitəsi ilə sərhadyanı bölgədə yerləşən Beyləqan rayonunun Əhmədli kəndində gizlədildiyi və oradan götürərək satıb pul qazanmaq məqsədi ilə əldə etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanılıb, K.Muradlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teymur Əziz

Oxşar xəbərlər

Məhəllə və dalanlar müasir işıqlandırma sistemi ilə təmin edildi- FOTOLAR

Bugün TV

Süni intellekt və Tiktok dəyərləndirməsi

Bugün TV

“7.Eğitimde Yeni Trendler İzmir Forumu – 2023” başa çatdı

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu