6 C
Baku
15 Yanvar 2025, 15:08
Baş xəbərKriminal

Narkotik istifadə edib, avtomobil sürdü: Polis saxladı

Bugun.tv xəbər verir ki, Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən şəhər ərazisində hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “saxla” işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Hacıqabul rayon sakini Rahil Almazovun həmin avtomobili etibarnaməsiz və müddəti bitmiş sürücülük vəsiqəsi ilə idarə etməsi müəyyən olunub.

Bundan əlavə, onun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından R.Almazovun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib və müayinənin nəticəsinə əsasən narkotik maddə və eyni tərkibli həblər istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə R.Almazov 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Teymur Əziz

Oxşar xəbərlər

O, səfərbərlikdən qaçırdı: Onu hərbi xidmətə qəbulda ölü tapdılar

Aynur Camal

Həyat yoldaşı və 2 oğlunu tapança ilə öldürən şəxs intihar etdi

Aynur Camal

Lavrov: “Rusiya “Şimal axını” və “Şimal axını 2″ qaz kəmərlərinə qarşı törədilən təxribatın cəzasız qalmamasını tələb edir”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu