25 C
Baku
10 Sentyabr 2025, 22:15
Baş xəbərKriminal

Narkotik istifadə edən sürücü aşkarlandı

Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, rayon ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün polis əməkdaşları tərəfindən ona “Saxla” işarəsi verilib.

Həmin nəqliyyat vasitəsini idarə edən rayon sakini Cəfər Əliyevin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən sürücünün marixuana istifadə etdiyi məlum olub.

C.Əliyev barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Hacıqabul Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat miqdarında cərimə olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

ETN : sabahdan X siniflər üçün qeydiyyat başlayır

Aynur Camal

Bu ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdilər

Teymur Əziz

Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu