8 C
Baku
21 Dekabr 2025, 20:54
Baş xəbərKriminal

Narkotik satan və alan şəxslər saxlanıldı

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Allahyar Məmmədov saxlanılıb.

Bugun.tv-yə daxil olan məlumata görə, üzərindən “heroin” aşkarlanan şəxs dindirilmə zamanı narkotik maddəni “Elxan” adı ilə tanıdığı həmyerlisindən aldığını bildirib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Allahyar Məmmədova narkotik maddəni 20 manata satmaqda şübhəli bilinən Şəmkir rayon sakini Elxan Əliyev də saxlanılıb. Üzərindən “heroin” aşkar edilən E. Əliyev istintaqa təhvil verilib.

Şöbə əməkdaşlarının keçirdikləri digər bir tədbir nəticəsində saxlanılan rayon sakini Firuddin məmmədovdan isə “heroin” və şprislər aşkar olunaraq götürlüb.

Faktlarla bağlı Polis Şöbəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

İlham Əliyev OPEC-in baş katibini qəbul edib

Bugün TV

İsrail Livanın tarixi liman şəhərini vurdu

Aynur Camal

İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu