28 C
Baku
11 Sentyabr 2025, 13:14
Baş xəbər

Narkotik satışı ilə məşğul olanlar saxlanıldı

Hadisə Yevlax rayonunda baş verib.Yevlax Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirtdiyi əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən bir neçə şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax RPŞ-nin əməkdaşlarının son günlərdə keçirdikləri ardıcıl əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 8 nəfər saxlanılıb.

Onlardan ümumilikdə 9 kiloqrama yaxın müxtəlif adda narkotik vasitələr və 2 ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Zelenski “Ukraynanın müdafiəsinə görə” medalını təsis edib

Aynur Camal

James Webb Teleskopu ulduz əmələ gəlməsini aşkar etdi

Aynur Camal

Ərdoğan etiraf edib ki, Türkiyə İsrailin növbəti hədəfi ola bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu