14 C
Baku
9 Aprel 2025, 16:26
Baş xəbərKriminal

Narkotik tərkibli bitkilərin becərməsi ilə məşğul olan şəxslər saxlanıldı

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkotik tərkibli bitkilərin becərməsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Şüşün kənd sakini, əvvəllər məhkum olunmuş Baxış Sadıqov saxlanılıb.

Onun kənd ərazisində işlətdiyi kafeyə keçirilən baxış zamanı 24 ədəd kibrit qutusunda qablaşdırılmış marixuana, yaşadığı ünvanın yaxınlığından keçən Kür çayının sahilinə keçirilən baxış zamanı isə xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 29 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı B.Sadıqov narkotiklərin qanunsuz dövriyyəsi və becərməsi ilə kultivasiyalə məşğul olduğu etiraf edib.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Ağaclarda makaron: spagetti necə böyüyür?

Aynur Camal

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng etdi

Aynur Camal

“Azestetik Group”un direktoru: “Eyyub Hüseynovun birtərəfli mövqeyi şirkətimizin nüfuzuna zərbə endirib”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu