20 C
Baku
12 Sentyabr 2025, 14:20
Baş xəbərKriminal

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Narkotika

Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotika vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı rayonun Atakişili kənd sakini Razim Kərimov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı təmiz çəkisi 375 qram olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.

Şöbə əməkdaşları tərəfindən eyni istiqamətdə keçirilən digər bir əməliyyat tədbiri zamanı isə rayonun Pirili kənd sakini Nofəl Zeynalov da saxlanılıb. Onun üzərindən isə kibrit qutularında qablaşdırılmış marixuana aşkarlanıb.

Hər iki faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Dünya çempionatında uğur qazanan idmançılarımız Vətənə qayıtdı

İntizar Əmirova

Gədəbəydə xuliqanlıq edən şəxslər saxlanıldı

Kəmalə Sultan

Arktikada müşahidələr tarixinin ən isti yayı qeydə alındı

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu