19 C
Baku
8 Sentyabr 2024, 3:43
Baş xəbərKriminal

Narkotik vasitə gətirmək istəyən şəxs saxlanıldı

Bugun.tv xəbər verir ki, Paytaxt ərazisinə külli miqdarda narkotik vasitə gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb. Xaricdə yaşayan narkotacir tərəfindən narkokuryerliyə cəlb edilən həmin şəxsdən 7 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının Nərimankənd kəndi ərazisində keçirdikləri əməliyyat tədbirləri zamanı narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Siyəzən rayon sakini Sədrəddin Musayev saxlanılıb.

Ona məxsus idman çantasından 5 kiloqram tiryək, 1 kiloqram metamfetamin və 1 kiloqramdan artıq heroin aşkarlanaraq götürülüb. Araşdırma zamanı S.Musayevin aşkarlanan narkotik vasitələri xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi və satışının təşkil olunmasından ötrü Bakı şəhəri ərazisində sonradan deyiləcək yerlərə çatdırmalı olduğu müəyyən edilib. Həmin şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.

Kəmalə Sultan

Oxşar xəbərlər

Norveç Ukraynaya daha on min artilleriya mərmisi verib

Aynur Camal

Yol qəzasında biri polis olmaqla 6 nəfər yaralandı

Bugün TV

Bakıda güclü zəlzələ oldu – YENİLƏNİB

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu