34 C
Baku
26 İyul 2025, 22:01
Baş xəbərKriminal

Çoxlu narkotik vasitələr məhv edildi – VİDEO

Bu gün məhkəmələrin qərarları ilə müsadirə olunmuş müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının Sabunçu rayonunda yerləşən “Bakı Neft Maşınqayırma Zavodu”nun inzibati ərazisində məhv edilməsi prosesi keçirilib.

Narkotiklərin məhv olunmasında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, komissiyanın müxtəlif dövlət orqanlarının əməkdaşlarından təşkil olunan üzvləri, o cümlədən Daxili İşlər Nazirliyinin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak ediblər.

Bugun.tv xəbər verir ki, tədbir zamanı Daxili İşlər Nazirliyi tərəfindən ötən dövrlərdə qanunsuz dövriyyədən çıxarılan 3 ton 131 kiloqram müxtəlif xassəli narkotik vasitə, 52 min ədəd psixotrop tərkibli həb, 29 min ədəd kultivasiya yolu ilə yetişdirilən çətənə kolu məhv etmə prosesi üçün komissiya üzvlərinə təqdim edilib.

Qeyd edək ki, 2023-cü ilin ilk rübündə isə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz dövriyyədən 1 ton 418 kiloqram, yəni ötən ilin analoji dövrü ilə müqayisədə 354 kiloqram çox narkotik vasitə çıxarılıb.

Aynur Camal

Oxşar xəbərlər

Dağlıq Qarabağ məsələsi ilə bağlı 3 tərəfli qərar qəbul edilib

Aynur Camal

Qərbi Balkan ölkələri öz gələcəyini Aİ-yə inteqrasiyada görür

Aynur Camal

Kolumbiya Prezidenti Petro: Hər şey fələstinli uşaqların bombalanması ilə başladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu