26 C
Baku
2 İyul 2025, 11:10
Baş xəbərKriminal

Narkotik vasitələrin zərərləri barədə yeniyetmə və gənclər məlumatlandırılıb

Narkotik vasitələrin zərərləri barədə yeniyetmə və gəncləri məlumatlandırmaq, onlar arasında sağlam həyat tərzini təbliğ etmək məqsədilə Mingəçevir Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə 11 saylı orta məktəbdə maarifləndirmə tədbiri keçirilib.

Bugun.tv-yə daxil olan məlumata görə, şəhər polis şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev tədbirdə çıxış edərək cəmiyyət üçün təhlükə mənbəyi olan narkomaniyanın fəsadlarından, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramlarından danışıb, eləcə “ağ ölüm”ün zərərləri ilə bağlı təhsil müəssisələrində keçirilən genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.

Daha sonra mövzu ətrafında şagirdlərin sualları cavablandırılıb və narkomaniyanın fəsadlarını əks etdirən videoçarx nümayiş olunub.

Aynur Camal

Oxşar xəbərlər

Avtomobil yolu keçmək istəyən şəxsi vurdu: 1 ölü

İntizar Əmirova

Tələbələri daşıyan mikroavtobus aşdı: 7 yaralı var

Teymur Əziz

Yunanıstan tərəfindən ölümə buraxılan 31 qeyri-qanuni mühacir xilas edildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu