29 C
Baku
9 İyun 2025, 12:25
Baş xəbərDigər

Narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar

Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücünü saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bugun.tv – yə  verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları rayon ərazisində hərəkətdə olan “VAZ – 21063” markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün “Saxla” işarəsi veriblər. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Ruslan Qədirovun narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən R.Qədirovun marixuana istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Salyan Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 600 manat məbləğində cərimə olunub.

Kəmalə Sultan

Oxşar xəbərlər

Google-dan yeni süni intellekt: O, kompüteri sizin adınıza istifadə edəcək

Aynur Camal

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində 2 fələstinlini öldürdü

Bugün TV

Hərbi attaşelər Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət ediblər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu