21 C
Baku
27 İyun 2025, 23:01
Baş xəbərKriminal

Narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanıldı

Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı növbəti təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib.

Bu barədə Bugun.tv-yə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Buldirilib ki, Xətai Rayon Polis İdarəsi, ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı əvvəlcə paytaxt sakinləri Fəxri Abbasov, Pərviz Rəhimov, Xəyal Hüseynov və Dünyaxanım Bağırzadə saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 8 kiloqram heroin və marixuana aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran İslam Respublikasının vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının iyun-iyul aylarında həyata keçirdikləri əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 60 nəfər saxlanılıb. Onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda müxtəlif növ güclü təsiredici xassəyə malik narkotiklər, həmçinin psixotrop maddələr aşkar edilib.

Narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Amerikada Qəzza tərəfdarlarının profilləşdirilməsi və təzyiqi: Onlar Kanar Missiyası ilə terrorçu kimi etiketlənirlər

Aynur Camal

Qaçaqçılıq əməliyyatında 6 nəfər nəzarətə alındı

Teymur Əziz

Reuters xəbər agentliyinin əməkdaşı Evans Ukraynaya raket hücumu nəticəsində həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu