24 C
Baku
19 İyul 2025, 8:11
Baş xəbərHadisəKriminal

Narkotik yetişdirən şəxs saxlanıldı 

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı narkotik bitkilərini yetişdirən şəxs saxlanılaraq istintaqa təhvil verilib.

DİN- in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, şöbəyə Ağdaş şəhərində çətənə kollarının əkib-becərməsi barədə məlumatı daxil olub. Keçirilən tədbir zaman şəhər sakini Rəmzi Soltanov şübhəli şəxs qismində saxlanılıb. Onun evinin həyətyanı sahəsinə baxış keçirilİb. Axtarış zamanı oradan dibçəklərdə yetişdirdiyi 36 ədəd çətənə bitkisi aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik bitkiləri aprel ayının əvvəlində becərdiyini etiraf edib.

Polis Şöbəsinin əməkdaşları “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçiriblər. Nəticədə rayonun Abad və Qarasuqumlaq kəndləri ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb. Ümumi çəkisi 3 ton 500 kiloqramdan çox olan 6186 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan hökuməti istefa verdi

Aynur Camal

Fevralın 19-da gözlənilən hava şəraiti

Aynur Camal

Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu