11 C
Baku
3 Dekabr 2025, 19:41
Baş xəbərKriminal

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanıldı

Bugun.tv xəbər verir ki, Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən sürücü məsuliyyətə cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində idarəsində olan “Mersedes” markalı nəqliyyat vasitəsi ilə yol-hərəkəti qaydasına pozduğuna görə rayon sakini Rahil İsmayılov saxlanılıb. Müvafiq araşdırmalar zamanı sürücünün avtomobili narkotikin təsiri altında idarə etdiyi müəyyən edilib.

Həmin sürücü barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

O, məhkəmənin qərarına əsasən 1 ay müddətinə inzibati qaydada həbs edilib və sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

18 qeyri-qanuni immiqrant tutuldu

Bugün TV

Cənubi Koreyada saxta cinsi şəkillərə görə Telegram-a qarşı araşdırma başladılıb

Aynur Camal

“Tik-Tok”-da özünü usta kimi təqdim edərək insanları aldadan qadın saxlanıldı  

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu