28 C
Baku
20 İyul 2025, 23:20
Baş xəbərHadisə

Narkotikin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb

Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında yük avtomobili idarə edən sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücü Elmin Azəroğlu idarə etdiyi “Kamaz” markalı avtomobil ilə şəhər ərazisində qaydaları pozduğu üçün yol polisi əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib. Yoxlama zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən E.Azəroğlunun narkotik vasitə istifadə etdiyi məlum olub.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) maddəsi ilə protokol tərtib edilərək 400 manat cərimə olunub.

Aynur Camal

Oxşar xəbərlər

Meşə sahəsində baş verən yanğın söndürüldü

Bugün TV

Dünyada ən çox kitab oxunan ölkələr açıqlandı

Aynur Camal

Ümummilli etimadın uğurla gerçəkləşməsi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu