20 C
Baku
1 İyun 2025, 22:31
Baş xəbərHadisəKriminal

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi

Bugun.tv xəbər verir ki, Biləsuvar rayonu ərazisində hərəkətdə olan “Khazar LX” markalı avtomobilin sürücüsü manevr etmə qaydasını pozduğu üçün Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bugun.tv – yə verilən məlumata görə, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Biləsuvar rayon sakini Nihad Nəzərlinin nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı müəyyən edilib. Bundan əlavə, həmin şəxsin narkotik vasitə qəbul etməsinə dair şübhələr yarandığından onun tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, N.Nəzərlinin nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Həmin şəxs barəsində toplanmış material hüquqi qiymət verilməsi üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib və o, 15 gün müddətində inzibati qaydada həbs edilib.

Kəmalə Sultan

Oxşar xəbərlər

Quraqlıq 29% artıb

Bugün TV

Ölənlərin sayı 41 min 455-ə yüksəldi

Aynur Camal

Yüksək sürət yenə can aldı-VİDEO

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu