3 C
Baku
14 Dekabr 2025, 23:28
Baş xəbərKriminal

Narkotiklərin satışı ilə məşğul olan 25 nəfər saxlanıldı 

Bugun.tv xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin, həmçinin ərazi şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər saxlanılıb.

Həmin şəxslərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Aşkar edilən faktlarla bağlı araşdırmalar aparılır.

Polis əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qazaxıstanda təhsil imkanı

Aynur Camal

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev

Aynur Camal

Balıqçı nərə balığı tutduğu üçün həbs edildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu