10 C
Baku
4 Dekabr 2025, 3:30
Baş xəbərHadisə

Narkotiklərin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin və metamfetamin aşkar olundu

Bugun.tv xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin (RPİ) Saray Polis Bölməsinin (PB) əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Saray qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Ağdam rayon sakini 1993-cü il təvəllüdlü Arzuman Məmmədov saxlanılıb. Onun üzərinə və idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı 2 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilib. A.Məmmədov narkotik vasitələri “İnstagram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşından müxtəlif ünvanlara çatdırmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı Saray PB-də toplanan materiallar Abşeron RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Araşdırmalar davam etdirilir.

Bugün TV

Oxşar xəbərlər

Minik avtomobili ilə panel furqon toqquşdu: 1 nəfər öldü, 5 nəfər yaralandı

Bugün TV

Astarada cinayət hadisəsi baş verdi 

Kəmalə Sultan

“Qarın ağrılarında altda yatan səbəbi bilmədən ağrıkəsicilər qəbul etmək olmaz!”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu