36 C
Baku
20 İyul 2025, 15:31
Baş xəbərDünya

NASA astronavtları 9 aydan sonra yerə qayıtdılar!

Boeing-in Starliner kapsulunda yaranan texniki nasazlıq səbəbindən 9 ay Beynəlxalq Kosmik Stansiyada qapalı qalan NASA astronavtları Barry Wilmore və Sunita Williams SpaceX-in Dragon kapsulu ilə Yerə qayıdıblar. Florida sahillərinə enən ikili çətin kosmos macəralarını uğurla başa vurdular.

Texniki nasazlıq səbəbindən təxminən 9 ay Beynəlxalq Kosmik Stansiyada (BKS) qapalı qalan NASA astronavtları Barry Wilmore və Sunita Williams SpaceX-in Dragon kapsulu ilə Yerə qayıdıblar. Təxminən 17 saat davam edən dönüş səfərində astronavtları NASA-dan Nik Heyq və rusiyalı kosmonavt Aleksandr Qorbunov müşayiət edib. Kapsul Florida sahillərinə təhlükəsiz şəkildə enib.

1 HƏFTƏLİK SINAQ UÇUŞU 9 AYA UZADILDI

Wilmore və Williams, 5 iyun 2024-cü ildə Boeing tərəfindən hazırlanmış yeni Starliner kapsulu ilə ISS-ə göndərildi. Lakin Starliner-də texniki nasazlıqlar üzündən onların qayıdışı dəfələrlə təxirə salınıb. Təhlükəsizliyə görə NASA kapsulanı boş yerə qaytarmağa qərar verdi və iki astronavt ISS-də qapalı qalıb.

Təxminən 9 aylıq gecikmədən sonra Wilmore və Williams-ı əvəz edəcək yeni ekipaj martın 16-da SpaceX-in Dragon kapsulunda ISS-ə gəldi. ABŞ, Yaponiya və Rusiyadan olan “Crew-10” komandası bir neçə gün stansiyada qalan astronavtlardan təlim aldıqdan sonra öz missiyasına başlayıb. NASA və Boeing, Starliner tərəfindən yaşanan texniki nasazlıqlar üzərində işləməyə davam edərkən, SpaceX-in uğurlu xilasetmə əməliyyatı astronavtları Yerə təhlükəsiz şəkildə çatıb.

Mənbə: Ahaber

Aynur Camal

Oxşar xəbərlər

Kanadanın Ukrayna qərarı

Aynur Camal

İki gün yemək yeməsək nə olar?

Aynur Camal

Rusiyanın Suriyadan geniş miqyasda qoşun və texnikanı çıxarmağa başladığı iddiası

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu