Bugun.tv xəbər verir ki, NASA 2024-cü ilə qədər Aya, sonra isə Marsa astronavt göndərməyi planlaşdırır. O bu çətin missiyada SpaceX, Blue Origin və Dynetics kimi kosmik şirkətlərdən kömək alıb. NASA “SLS” adlı öz raketi ilə səyahətləri təhlükəsiz etməyi hədəfləyir.
Şirkətin açıqlamasına görə, Jeff Bezos Blue Origin-in başçılıq etdiyi komanda, astronavtları Ay səthinə və Aydan uzaqlaşdıracaq kosmik gəminin yaradılması üçün NASA ilə 3,4 milyard dollarlıq müqavilə imzalayıb.
Blue Origin şirkəti Lockheed Martin, Boeing, proqram təminatı firması Draper və robototexnika firması Astrobotic ilə birgə 16 metr hündürlükdə Blue Moon eniş aparatını qurmağı planlaşdırır.
Mənbə: Ensonhaber