Sosial şəbəkələrdə 12 avqust 2026-cı ildə Yer kürəsində cazibə qüvvəsinin 7 saniyəlik dayanacağı və milyonlarla insanın həlak olacağına dair yayılan iddialara NASA rəsmi açıqlama verib. Qurum bu məlumatların tamamilə əsassız olduğunu bildirib.
Instagram, TikTok və X platformalarında paylaşılan iddialarda hadisənin “Project Anchor” adlı guya sızdırılmış gizli sənədə əsaslandığı və NASA-nın buna 89 milyard dollar ayırdığı irəli sürülüb. Sözügedən paylaşımlarda 40 milyondan çox insanın həyatını itirəcəyi iddia olunub.
NASA sözçüsü Snopes portalına açıqlamasında bu iddiaları qəti şəkildə təkzib edib. Bildirilib ki, Yer kürəsinin cazibə qüvvəsi planetin ümumi kütləsindən asılıdır və onun birdən-birə dayanması elmi baxımdan mümkün deyil. Qurum vurğulayıb ki, cazibənin yox olması üçün Yer kürəsinin bütün kütləsini itirməsi lazımdır.
Mənbə: Ensonhaber
