NASA bildirib ki, qarşıdakı 30 il ərzində Tuvalu, Kiribati və Fici kimi Sakit okean ada dövlətlərində dəniz səviyyəsi “dönməz şəkildə” yüksələcək. ABŞ Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Sakit Okeandakı ada ölkələri üçün çox ağır gələcəyə işarə edir.
Son araşdırmalar Tuvalu, Kiribati və Fici kimi ölkələrdə dəniz səviyyəsinin qarşıdakı 30 il ərzində geri dönməz şəkildə yüksələcəyini ortaya qoyub.
NASA-nın dəniz səviyyəsinin analiz qrupu Sakit Okeanda dəniz səviyyəsinin vəziyyətini yaxından izləyir.
Ətraflı araşdırmalar nəticəsində bu ada ölkələrində ən az 15 santimetr artım olacağı və bunun istixana qazı emissiyalarının dəyişib-dəyişməməsindən asılı olmayaraq baş verəcəyi bildirilib.
Dəniz səviyyəsində gözlənilən bu yüksəlişin ölkələrə təsirinin fərqli ola biləcəyini qeyd edən komanda, bəzi ölkələrin ildə bir neçə dəfə daşqınlarla üzləşə biləcəyini, digərlərində isə ilin demək olar ki, yarısı su altında qalacaq qədər tez-tez daşqınlarla qarşılaşa biləcəyini qeyd etdi. Qrup daşqın riskinin 2050-ci ilə qədər demək olar ki, bütün Sakit okean ada ölkələri üçün artacağını təsbit etsə də, Tuvalu və Kiribatidə ildə 5 dəfədən az daşqın yaşayan ərazilərdə daşqınların orta hesabla ildə 25-65 dəfə baş verə biləcəyini bildiriblər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş avqustun 27-də 53-cü Sakit Okean Adaları Forumunda etdiyi çıxışında iqlim dəyişikliyi səbəbindən okeanlarda suyun səviyyəsinin artmasının Sakit okean ada ölkələri üçün ciddi təhlükə yaratdığını bildirib.
Qalıq yanacaqların istifadəsi ilə ətraf mühitə buraxılan karbon emissiyalarının su səviyyəsinin artımını sürətləndirdiyini qeyd edən Quterreş, “Dəniz səviyyəsinin yüksəlməsi tamamilə bəşəriyyətin yaratdığı böhrandır” deyə ifadəsini işlədib.
Mənbə: EnSonHaber