Bugun.tv xəbər verir ki, NASA əlaqəni itirən “Voyacer-2” kosmik gəmisindən günlər sonra siqnal aldıqlarını açıqlayıb.
ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) Voyager Interstellar Layihə Meneceri Suzanne Doddun sözlərinə görə, “Voyacer-2”nin NASA-nın dünya miqyasında nəhəng radio antena kolleksiyası olan “Deep Space Network” vasitəsilə hələ də çalışdığını bildirib.
Dodd bildirib ki, bu dəfə də göndərilən əmr yerinə yetirilməsə, kosmik gəminin özünü sıfırlaması üçün oktyabr ayına qədər gözləməli olacaqlar.
Qeyd edək ki, keçən həftə NASA-nın səhv əmr göndərməsi səbəbindən kosmik gəminin antenasında sürüşmə olub. “Voyacer-2” ilə əlaqə kəsilib.
Xatırladaq ki, “Voyacer-2” gəmisini NASA 1977-ci ildə kosmosa göndərib.
