Dünya

NASA-nın Mars Nümunə Qaytarma Missiyası Ləğv Edildi

Mars tədqiqatlarının zirvəsi hesab edilən və planetdə qədim həyatın izlərinin olub-olmadığını qəti şəkildə sübut etməsi gözlənilən Mars Nümunə Qaytarma (MSR) missiyası bürokratik maneələr səbəbindən ləğv edildi.

ABŞ Konqresinin büdcə kəsirləri NASA-nın ən iddialı layihələrindən birinə son qoydu.

Missiyanın ləğvində ən böyük amil layihənin böyük dəyəri və texniki mürəkkəbliyi idi. Yeni dizaynlarla 11 milyard dollarlıq ilkin qiymətləndirmələr 7 milyard dollara endirildi, lakin Konqres bu rəqəmləri çox yüksək hesab etdi.

“Persevance” roveri missiyasının birinci mərhələsini uğurla başa vurdu və Mars səthində diqqətlə seçilmiş 33 nümunə borusu topladı.

NASA inanırdı ki, bu boruları Yer kürəsindəki qabaqcıl laboratoriyalarda araşdırmaq Marsın yaşayışa yararlılığı ilə bağlı sualları tamamilə həll edəcək. İndi bu boruların taleyi qeyri-müəyyən olaraq qalır.

Çin yarışda liderliyi ələ ala bilər

NASA-nın qərarından sonra diqqət Marsdan nümunə gətirən ilk ölkə olmaq yarışında Çinə yönəldildi.

Çinin də oxşar missiya planı var; lakin bu layihə NASA və Avropa Kosmik Agentliyinin (ESA) birgə səyləri qədər mürəkkəb və elmi cəhətdən yönəlmiş deyil.

Çinin planı daha çox “götür və gətir” yanaşmasına əsaslanır. Buna görə də, NASA-nın buraxdığı boşluq Pekin administrasiyası üçün böyük bir fürsət kimi qiymətləndirilir.

Mənbə: Trt Haber

Aynur Camal

Oxşar xəbərlər

İngiltərənin Tehrandakı səfirliyi müvəqqəti bağlandı

Aynur Camal

Kanada hökuməti İranda olan vətəndaşlarına “dərhal ölkəni tərk edin” çağırışı etdi

Aynur Camal

Dünya Bankı Ermənistana 70,4 mln. avro kredit ayıracaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu