35 C
Baku
20 İyul 2025, 11:13
DünyaHadisə

NASA peyki Yerə düşə bilər

ABŞ Milli AeronavtikaKosmos Agentliyinə (NASA) aid istismardan çıxarılan peykin Yerə düşə biləcəyi açıqlanıb.

Bugun.tv xəbər verir ki, bu barədə NASA və ABŞ Müdafiə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, Reuven Ramaty Yüksək Enerjili Günəş Spektroskopik Imager (Rhessi) peyki axşam saatlarında şərq sahilinə uyğun olaraq atmosferə daxil olacaq.

272 kiloqramlıq kosmik gəminin böyük hissəsinin fəzada səyahəti zamanı yanacağı, lakin bəzi hissələrinin Yerə düşəcəyi gözlənilir. Dünyada hər kəsə zərər vurma riskinin az olduğu vurğulanaraq, bu ehtimalın təxminən 2467-də 1 olduğu açıqlanıb.

Qeyd edək ki, 2002-ci ildə orbitə buraxılan peyk 2018-ci ilə qədər 100.000-dən çox Günəş hadisəsini çəkib və o rabitə problemlərinə görə “təqaüdə çıxıb”.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Hər kəs Günəş tutulmasını izlədi

Aynur Camal

ABŞ-da yanğında ölənlərin sayı 10-a yüksəldi, 360 mindən çox insan məcburi təxliyə edildi

Aynur Camal

Heç bir istilik elektrik stansiyası qalmadı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu