14 C
Baku
22 Noyabr 2024, 10:07
Baş xəbərDünya

“Gələcək də Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

Bugün.tv-nin məlumatına görə, ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) rəhbəri Bill Nelson NBC telekanalına bildirib ki, “Yer sakinləri Aya yaşamaq və təhsil almaq üçün gedəcək”

Astronavtların Aya  növbəti enişinin məqsədi insanın Yerin təbii peykində daha uzun müddət qalmasını təmin etmək olacaq ki, bu da yeni texnologiyaların yaşamasını və öyrənilməsini nəzərdə tutur.

“Məhz bu vəzifələrin miqyası astronavtların Yerin peykinin səthinə yeni enişinə bu qədər uzun müddətli hazırlıq faktını izah edir. Biz yalnız Aya eniş, orada bir neçə gün qalıb uzaqlaşmaqdansa, daha uzun müddət qalmağa diqqət yetirməliyik”, – Nelson deyib.

NASA rəhbəri bununla yanaşı əlavə edib ki, yaxın perspektivdə insanların Ayda yaşaması mümkün deyil. Bunun üçün insanlara başqa göy cisimlərində yaşamağa imkan verən yeni texnologiyalar lazımdır.

“Aya eniş etdikdən sonra Yer sakinlərini Marsa səfər gözləyir”, – deyə NASA rəhbəri vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

6,9 bal gücündə zəlzələ baş verib

Bugün TV

137 gün dənizdə qalan macəraçı belə xilas olundu

Teymur Əziz

Vərəm xəstəliyinin bilmədiymiz əsas əlamətləri

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu