16 C
Baku
7 Aprel 2026, 13:33
Baş xəbərDünya

NASA səmanın 3D xəritəsini yaradacaq teleskop buraxır

Amerika Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) aşağı Yer orbitindən milyonlarla qalaktikanın tədqiqi və bütün səmanın 3D xəritəsinin yaradılması planlaşdırılan SPHEREx teleskopunu kosmosa göndərib.

NASA-nın rəsmi internet saytında verilən açıqlamaya görə, “SPHEREx” adlı yeni kosmik müşahidə teleskopu və “PUNCH” adlı peyklər yerli vaxtla saat 20.10-da SpaceX-in Falcon 9 raketi ilə ABŞ-ın Kaliforniya əyalətindəki Vandenberq Kosmik Qüvvələri Bazasından kosmosa buraxılıb. Qalaktikaların necə əmələ gəldiyini və inkişaf etdiyini izah etmək üçün 2 il ərzində alçaq Yer orbitində 450 milyon qalaktikanın araşdırılmasını hədəfləyən SPHEREx missiyasında hər 6 aydan bir səmanın 3D xəritəsinin yaradılması planlaşdırılır.

SPHEREx həmçinin Günəş sisteminin daxil olduğu Süd Yolu Qalaktikasında həyat üçün zəruri olan donmuş su və molekulları da axtaracaq.

Eyni buraxılışda kosmosa göndərilən dörd PUNCH peyki ilə Günəşin xarici atmosferinin tədqiq edilməsi planlaşdırılır.

Günəş sistemi üzərində 3D müşahidələr aparması gözlənilən PUNCH, kosmosda günəş küləklərinin və hava hadisələrinin necə baş verdiyini araşdıracaq.

Mənbə: HaberGlobal

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu