26 C
Baku
10 Sentyabr 2026, 17:02
NATO, Mark Rutte, Avropa müdafiəsi, müdafiə xərcləri, Rusiya Ukrayna müharibəsi, Avropa təhlükəsizliyi, Emmanuel Makron, Aleksander Stubb
Dünya

NATO: Avropa öz müdafiəsinə daha çox vəsait ayırmalıdır

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte Avropa ölkələrinin öz təhlükəsizliyi üçün daha böyük məsuliyyət daşımalı olduğunu və müdafiə xərclərinin artırılmasının artıq seçim deyil, zərurətə çevrildiyini bildirib.

“The Guardian”ın bu gün yaydığı məlumata görə, Rutte Rusiyanın Ukraynaya qarşı müharibəsi və Avropada artan təhlükəsizlik riskləri fonunda Avropa ölkələrinin öz hərbi imkanlarını yenidən gücləndirməli olduğunu deyib.

NATO baş katibi bildirib ki, əvvəl Avropada ABŞ-ın təhlükəsizlik sahəsində əsas yükü daşımağa davam edəcəyi ilə bağlı yanaşma mövcud idi. Onun sözlərinə görə, son illərdə vəziyyət dəyişib.

Rutte Avropa ölkələrinin hərbi qüvvələrini yenidən qurmasının və müdafiə sənayesinin genişləndirilməsinin yalnız təhlükəsizlik baxımından deyil, iqtisadiyyat üçün də faydalı ola biləcəyini qeyd edib.

O, Rusiyanın Ukraynada məqsədlərinə çatmaq üçün göstərdiyi səylərin Avropa dövlətlərini daha ciddi müdafiə siyasətinə sövq etdiyini bildirib.

Fransanın Prezidenti Emmanuel Makron da Finlandiya Prezidenti Aleksander Stub ilə görüşündə Ukraynada vəziyyət, Avropanın təhlükəsizliyi və strateji müstəqillik məsələlərini müzakirə edib.

Avropa ölkələri son illərdə müdafiə büdcələrini artırmağa başlasalar da, NATO rəhbərliyi bunun daha geniş miqyasda davam etdirilməsini istəyir.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Rusiya yeni sürətli dronlarla Ukraynanın hava hücumundan müdafiəsini çətin vəziyyətə salır

Aynur Camal

Səudiyyəli fotoqraf: “Akademik sertifikatlar insana bədii baxış qazandırmır”

Aynur Camal

Böyük Britaniyada yüzlərlə uçuş pozuldu: hava nəqliyyatında kiberhücum ehtimalı aradan qaldırıldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu