NATO-nun baş katibi Mark Rutte vəzifəsini əvvəlki baş katib Stoltenberqdən götürüb. Ruttenin vəzifəyə gəldikdən sonra ilk rəsmi səfəri müharibə bölgəsi olan Ukraynaya olub. Mark Rutte burada dəstəyin artmağa davam edəcəyi mesajını verdi. Oktyabrın 1-də NATO-nun baş katibi postunu Yens Stoltenberqdən təhvil alan Rutte paytaxt Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı keçirib.
Mark Rutte, baş katib olaraq ilk rəsmi səfərini Ukraynaya etdiyinə diqqət çəkərək, “Vəzifəmin əvvəlində Ukraynaya gəlmək və sizə, Ukrayna xalqına və bunu izləyən hər kəsə aydın şəkildə göstərmək mənim üçün çox vacib idi. Yeni baş katib kimi bildirirəm ki, NATO Ukraynanın tərəfindədir” deyə O, açıqlamalarında vurğulayıb.
Rutte, prioritetlərindən birinin Ukraynanı dəstəkləmək olduğunu ifadə edərək, “Ukraynanı dəstəkləməkdə qərarlıyıq, çünki təhlükəsizliyiniz bizim üçün vacibdir və azadlıq uğrunda mübarizəniz əsas prinsip və dəyərlərimizi əks etdirir” deyib.
Müttəfiqlərin 2022-ci ildə başlayan müharibədən bu yana Ukraynaya “görünməmiş dəstək verdiyini” ifadə edən Rutte, Ukraynanın daha çox ehtiyacı olduğunun fərqində olduqlarını və dəstəyin artacağını bildirib.
Vaşinqtonda keçirilən sammitdə müttəfiqlərin “Ukraynanın NATO-ya üzvlük yolunun dönməz olduğu” mövzusunda həmfikir olduqlarını xatırladan Rutte, “Ukrayna NATO-ya hər zamankindən daha yaxındır və siz bizim NATO üzvü olana qədər bu yolda irəliləməyə davam edəcəyik” deyib.
Müttəfiq ölkələrin öz hava məkanına daxil olan Rusiya raketlərini hədəfə ala biləcəyi ilə bağlı sualı cavablandıran Rutte, “Müttəfiqlərin ərazisini pozan pilotsuz uçuş aparatlarının və ya raketlərin vurulması təbii ki, milli səlahiyyətlilərin verəcəyi bir qərardır” deyib.
Ukraynanın NATO-dakı müttəfiqlərindən aldığı silahları Rusiya daxilindəki hərbi hədəfləri vurmaq üçün istifadə etməsi tələbi ilə bağlı fikrini soruşan Rutte, bu məsələ ilə bağlı yekun qərarın müttəfiq ölkələrə aid olduğunu vurğulayıb.
Mənbə: TGRT