Dünya

NATO baş katibi: Tramp vəzifəyə gəldikdən sonra müdafiə xərclərini sürətləndirəcəyik

NATO-nun baş katibi Mark Rutte and içərək rəsmən ABŞ-ın 47-ci prezidenti olan Donald Trampı təbrik edərək, ABŞ-ın yeni liderinin vəzifəyə başlaması ilə müdafiə xərclərini və istehsalı sürətləndirəcəklərini bildirib.Tramp Konqresdəki mərasimdə and içdikdən və rəsmi olaraq ABŞ-ın 47-ci prezidenti olduqdan sonra Rutte X hesabında təbrik mesajı paylaşıb.

Tramp və vitse-prezident JD Vance-i vəzifəyə başlamaları münasibətilə təbrik edən Rutte, “Prezident Trampın vəzifəyə başlaması ilə biz müdafiə xərclərini və istehsalı sürətləndirəcəyik” deyib.

Rutte, “NATO vasitəsilə birlikdə güclənərək sülhə nail ola bilərik” deyə mesajını paylaşıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İnsanlıq ilk dəfə Günəşin bütün səthini eyni anda müşahidə edir

Aynur Camal

Böyük Britaniyada yeni tövsiyə: 5 yaşdan kiçik uşaqlar üçün ekran vaxtı məhdudlaşdırılır

Aynur Camal

İran mümkün quru müharibəsinə hazırlaşır: 1 milyondan çox qüvvənin səfərbər edildiyi iddia olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu