Kremlin sözçüsü Dmitri Peskov Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsi ilə NATO-nun Rusiyaya münasibətinin dəyişməyəcəyini bildirib. Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəyərləndirən Peskov, “Bunun NATO və üzv ölkələrin ümumi yanaşmasını dəyişəcəyini düşünmürük. NATO ölkələri Rusiya Federasiyasının strateji məğlubiyyəti istiqamətində çalışırlar. ABŞ rəhbərliyi hazırda NATO bizim üçün düşməndir” deyib.
Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimova qarşı həbs qərarının “absurd” olduğunu bildirib və əlavə edib: “Biz bu məhkəmənin qərarlarını tanımırıq” deyib.
Peskov Rusiyada “casusluq”da ittiham olunan “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Gershkovic üçün ABŞ-la mübadilə imkanını da dəyərləndirib və bu istiqamətdə ABŞ-dan heç bir “siqnal” olmadığını bildirib.
Mətbuat katibi Peskov bildirib ki, Rusiya müdafiə naziri Andrey Belousov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında dünənki telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında telefonla görüş planlaşdırılmır.
Mənbə: TrtHaber
