23 C
Baku
10 İyun 2025, 0:11
Dünya

“NATO baş katibinin dəyişməsi ilə Rusiyaya yanaşma dəyişməyəcək”

Kremlin sözçüsü Dmitri Peskov Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsi ilə NATO-nun Rusiyaya münasibətinin dəyişməyəcəyini bildirib. Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Hollandiyanın baş naziri Mark Ruttenin NATO-nun baş katibi təyin edilməsini dəyərləndirən Peskov, “Bunun NATO və üzv ölkələrin ümumi yanaşmasını dəyişəcəyini düşünmürük. NATO ölkələri Rusiya Federasiyasının strateji məğlubiyyəti istiqamətində çalışırlar. ABŞ rəhbərliyi hazırda NATO bizim üçün düşməndir” deyib.

Peskov Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və Rusiya Baş Qərargah rəisi Valeriy Gerasimova qarşı həbs qərarının “absurd” olduğunu bildirib və əlavə edib: “Biz bu məhkəmənin qərarlarını tanımırıq” deyib.

Peskov Rusiyada “casusluq”da ittiham olunan “Wall Street Journal”ın (WSJ) müxbiri Evan Gershkovic üçün ABŞ-la mübadilə imkanını da dəyərləndirib və bu istiqamətdə ABŞ-dan heç bir “siqnal” olmadığını bildirib.

Mətbuat katibi Peskov bildirib ki, Rusiya müdafiə naziri Andrey Belousov və ABŞ müdafiə naziri Lloyd Ostin arasında dünənki telefon danışığından sonra Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden arasında telefonla görüş planlaşdırılmır.

Mənbə: TrtHaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Myanmada 2 generala “dövlətə xəyanət və korrupsiya” ittihamı ilə ömürlük həbs cəzası

Bugün TV

Soyqırımın kölgəsində bir həyat: Qəzzanın ən yaşlı və ən gənc qurbanları

Aynur Camal

Fitr bayramı ilə əlaqədar 426 məhbus əfv edilib

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu