5 C
Baku
13 Fevral 2026, 0:54
Dünya

NATO-da ilin ilk müdafiə nazirləri toplantısı başladı

NATO, NATO Müdafiə Nazirləri Toplantısı, Mark Rutte, NATO 32 üzv ölkə, NATO müdafiə xərcləri, NATO çəkindirmə siyasəti, NATO müdafiə duruşu, Ukraynaya dəstək, Ukrayna müdafiə naziri Mihaylo Fedorov, Kaja Kallas, Avropa İttifaqı, NATO Arktik Nöbeti, Arktika təhlükəsizliyi, Rusiya hərbi fəaliyyəti, Çin Arktika marağı, Haaqa Zirvəsi 2025, Ankara NATO zirvəsi, NATO savunma sənayesi

NATO-da 32 üzv ölkənin iştirak etdiyi ilin ilk Müdafiə Nazirləri Toplantısı öz işinə başlayıb.

Bugun.tv xəbər verir ki, toplantının açılışında çıxış edən NATO-nun Baş katibi Mark Rutte bildirib ki, görüşdə Alyansın çəkindirmə və müdafiə imkanlarının daha da gücləndirilməsi, həmçinin Ukraynaya dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunacaq.

Rutte qeyd edib ki, son dövrlər müttəfiq ölkələrin müdafiə xərclərində ciddi artımlar müşahidə olunur. Onun sözlərinə görə, toplantıda NATO-nun müdafiə mövqeyinin gücləndirilməsi və Alyansın ümumi təhlükəsizliyinin təmin olunması əsas prioritetlərdəndir.

Baş katib həmçinin NATO üzrə müdafiə sənayesi bazasının gücləndirilməsi istiqamətində görülən işlərin də qiymətləndiriləcəyini vurğulayıb. O bildirib ki, bu tədbirlər Alyansın bütün coğrafiyası üzrə – cənubdan Arktikaya, şərqdən qərbə qədər – ümumi təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır.

Rutte əlavə edib ki, Rusiyanın artan hərbi fəallığı və Çinin Arktik bölgəyə marağının yüksəlməsi fonunda NATO “Arktik Nöbeti” adlı yeni təşəbbüsə start verib.

Toplantıda 2025-ci ildə Haaqada keçirilmiş NATO Zirvəsində müdafiə xərclərinin artırılması ilə bağlı qəbul edilən qərarlar əsasında Ankarada keçiriləcək növbəti zirvəyə hazırlıq məsələləri də müzakirə olunacaq.

Görüşdə Ukraynanın yeni müdafiə naziri Mihaylo Fedorov, eləcə də Avropa İttifaqının Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallasın da iştirak edəcəyi bildirilib.

Mənbə: TRT Haber

Aynur Camal

Oxşar xəbərlər

Dünyada ən kiçik quş hansıdır?

Aynur Camal

Bilirdinizmi? Dünyada ən uzun asfalt yol 30 mindən çox kilometrdir

Aynur Camal

Peskov WhatsApp-a çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu