Rusiyanın pilotsuz uçuş aparatının (PUA) Polşa hava məkanına daxil olmasından sonra NATO-dan təhdid xarakterli açıqlama verilib. NATO Rusiyanı məsuliyyətsizlikdə ittiham edib və onu “potensial təhlükə” kimi qiymətləndirib. Rusiya Ukraynaya qarşı intensiv hava hücumu zamanı Polşanın hava məkanını da pozub. Rusiya pilotsuz uçuş aparatının (PUA) Polşa hava məkanına daxil olmasından sonra NATO təhdid xarakterli açıqlamalar verib. NATO ilə Rusiya arasında yeni gərginlik alovlanıb.
NATO sözçüsü Farah Dakhlallah, “Polşa, Rusiyanın Ukraynaya qarşı dünənki hücumları zamanı bir İHA-nın hava məkanına girdiyini bildirdi. Biz Ukraynanın mülki əhalisinə və mülki infrastruktura qarşı davam edən bu hücumları şiddətlə qınayırıq” deyib.
2022-ci ildə Ukraynada müharibə başlayandan bəri Rusiya İHA və raketlərinin hissələrinin NATO ölkələri ərazisində bir neçə dəfə tapıldığını ifadə edən Daxlallah, “Rusiyanın müttəfiqlərinə qarşı qəsdən hücum təşkil etdiyini göstərən heç bir məlumatımız olmasa da, bu hərəkətlər məsuliyyətsizdir və potensial təhlükəlidir” deyib.
Dakhlallah xatırladıb ki, Ukraynadakı müharibəyə cavab olaraq NATO Polşa da daxil olmaqla şərq cinahında mövcudluğunu əhəmiyyətli dərəcədə artırıb.
Polşa dünən Ukrayna istiqamətindən onun hava məkanına “naməlum uçan obyekt”in daxil olduğunu və obyektin siqnalının daha sonra radardan itdiyini açıqlayıb.
Ukrayna prezidenti Vladimir Zelenski də dünən Rusiya ordusunun ölkəsinə intensiv hava hücumu həyata keçirdiyini və hücumda 100-dən çox raket və 100-ə yaxın İHA-dan istifadə edildiyini bildirib. Zelenski dünənki hücumu ölkəsinə qarşı ən şiddətli hücumlardan biri kimi qiymətləndirib.
Mənbə: TGRT