Bugün.tv xarici KİV-ə istinadən xəbər verir ki, bunu Sinqapurda Dialoq Şanqri-La konfransında çıxışı zamanı Fenqe deyib.
O qeyd edib ki, ABŞ və NATO ən qısa zamanda atəşkəs üçün lazımi şəraitin yaradılması üçün Rusiya ilə danışıqlara başlamalıdır.
Müdafiə naziri bildirib ki, Çinin Rusiya ilə heç bir müqaviləsi yoxdur.
“Bu, birlik deyil, ortaqlıqdır. Rusiya ilə münasibətlər bundan sonra da inkişaf edəcək. Biz Rusiyaya heç bir hərbi və ya maddi dəstək verməmişik”. Fenqe Çinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.