Siyasət

NATO-Rusiya danışıqları Ukraynada müharibəyə son qoya bilər

Çinin müdafiə naziri Vey Fenqe bildirib ki, NATO və Rusiya arasında danışıqlar Ukraynada davam edən müharibəyə son qoya bilər.

Bugün.tv  xarici KİV-ə istinadən xəbər verir ki, bunu Sinqapurda Dialoq Şanqri-La konfransında çıxışı zamanı Fenqe deyib.

O qeyd edib ki, ABŞ və NATO ən qısa zamanda atəşkəs üçün lazımi şəraitin yaradılması üçün Rusiya ilə danışıqlara başlamalıdır.

Müdafiə naziri bildirib ki, Çinin Rusiya ilə heç bir müqaviləsi yoxdur.

“Bu, birlik deyil, ortaqlıqdır. Rusiya ilə münasibətlər bundan sonra da inkişaf edəcək. Biz Rusiyaya heç bir hərbi və ya maddi dəstək verməmişik”. Fenqe Çinin bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət etdiyini vurğulayıb.

Bugün TV

Oxşar xəbərlər

Yaşlanmanı yavaşlatmaq üçün 26 milyard dollarlıq proqram başlatdı

Aynur Camal

Lukaşenko: Ermənistanın AİB-dən çıxmasını istəmirik

Aynur Camal

Putin Rumıniyada yaşayış binasına düşən PUA ilə bağlı iddialara münasibət bildirdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu