12 C
Baku
3 Dekabr 2025, 15:08
Baş xəbərSiyasət

NATO: “Rusiyanın Ukrayna ilə bağlı planlarında dəyişiklik yoxdur”

Bugun.tv xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanın Qərbə qarşı nüvə təhlükəsi ritorikasında və bütün Ukraynanı ələ keçirmək məqsədində heç bir dəyişiklik olmadığını və NATO-nun buna qarşı Ukraynaya dəstəyini davam etdirəcəyini bildirib.

Bunu baş katib Norveçin Arendal şəhərində keçirilən konfransda çıxışı zamanı deyib. Rusiyanın Qərbi parçalamaq, qorxutmaq və Ukraynaya dəstəyini dayandırmaq üçün nüvə təhlükəsindən istifadəyə davam etdiyini bildirən Stoltenberq, “Rusiya bütün Ukraynaya nəzarəti ələ keçirmək üçün hərbi yolla qalib gəlmək niyyətindədir və bunu edəcəyinə tam əmindir”, – o, bildirib.

Rusiya döyüşü dayandırsa, sülhün bərqərar olacağını, ancaq Ukrayna döyüşü dayandırarsa, xəritədən silinəcəyini anlamağın vacib olduğunu vurğulayan Stoltenberq, Ukraynaya dəstəyini davam etdirəcəklərini deyib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Bu ölkələr Rusiya dövlət nömrə nişanlı avtomobillərin ölkəyə girişini qadağan etdilər

Teymur Əziz

Xocalı polisi şəhid ailələrinə qurban sovqatı payladı

Bugün TV

Əmisini qətlə yetirən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu