Rusiyanın Ukraynanın qərbinə, Polşa sərhədinə yaxın ərazilərə ən böyük hücumuna başlamasından sonra NATO döyüş təyyarələrini səfərbər edib. NATO-nun Rusiya təyyarələri və raketlərinə qarşı bu addımı NATO-nun baş katibi Mark Ruttenin “Moskvadan gələn təhdidlərə” cavab olaraq transatlantik alyansı “hava və raketdən müdafiə imkanlarını 400 faiz artırmağa” çağıracağı ilə bağlı iddialardan sonradır. Bu arada Rusiya ilə Ukrayna arasında məhbus mübadiləsi başlayıb. Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ukraynalı məhbusların ilk partiyasını geri qaytardığını bildirib.
Rusiyanın Qərbi Ukraynaya genişmiqyaslı hava hücumlarından sonra Polşa qırıcı təyyarələr buraxıb. Varşava Əməliyyat Komandanlığı sosial mediada “Rusiyanın Ukraynaya intensiv hava hücumları səbəbindən Polşa və müttəfiqlərin təyyarələri işə salınıb” deyə açıqlama verib.
Polşanın Rivne şəhərinin meri Aleksandr Tretyak Rusiyanın bir gecədə onlarla pilotsuz uçuş aparatı (PUA) və raketlərdən istifadə edərək Qərbi Ukraynanı hədəf aldığını açıqlayıb. Tretyak hücumu regionda indiyə qədər görülmüş ən böyük hava hücumu kimi qiymətləndirib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, NATO-nun baş katibi Mark Rutte bu gün Britaniyanın “Chatham House” beyin mərkəzinin Londonda keçirdiyi tədbirdə çıxış edəcək. Beynəlxalq mətbuatda gedən xəbərlərə görə, Rutte Moskvanın artan təhdidlərinə cavab olaraq alyansın “hava və raketdən müdafiə qabiliyyətini 400 faiz artırmalı” olduğunu elan edəcək. Ruttenin çağırışından bir gün əvvəl Polşadakı NATO döyüş təyyarələri yüksək hazırlıq vəziyyətində idi. Rusiya pilotsuz təyyarələri və raketləri Ukraynanın qərbindəki əraziləri hədəfə alıb, NATO təyyarələri isə Polşanın hava məkanının mümkün pozulmasının qarşısını almaq üçün gecə boyu patrul xidməti həyata keçirib. Polşa 2024-cü ilin martında Rusiyanın qanadlı raketinin hava məkanını pozmasından sonra Moskvadan izahat tələb edib. Oxşar hadisə 2023-cü ilin dekabrında Rusiya raketinin Polşa sərhədini keçərək Ukrayna ərazisinə düşməsi ilə baş vermişdi.
Ukraynanın QİSAS HÜCUMLARI
Ukrayna ordusu Rusiyanın son həftələrdə intensiv gecə bombardmanlarına cavab olaraq Nijni Novqoroddakı Savasleyka hava limanında iki rus döyüş təyyarəsini vurduğunu açıqlayıb. Telegram vasitəsilə edilən açıqlamada “ilkin tapıntılara görə, MiQ-31 və Su-30/34 tipli döyüş təyyarələrinin vurulduğu” bildirilib. MiQ-31-lər Rusiyanın uzaqmənzilli raket hücumlarında mühüm rol oynasa da, Su-34-lər Ukrayna cəbhələrində geniş şəkildə istifadə olunur.
Mənbə: HurriYet