16 C
Baku
27 Oktyabr 2025, 18:48
Baş xəbərDünya

 NATO-Ukrayna Şurası xarici işlər nazirləri səviyyəsində toplanıb

Bugun.tv xəbər verir ki, Brüsseldə xarici işlər nazirləri səviyyəsində NATO-Ukrayna Şurasının iclası keçirilib.

Stoltenberq, “Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə qədəm qoydu. Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirərkən, müttəfiqlərdə onu dəstəkləməyə davam edir. Döyüş meydanında vəziyyət ağırdır. Bu, dəstəyimizi azaltmaq deyil, artırmaq üçün bir səbəbdir”, – deyib.

Nazirlərin görüşdə Ukraynanın ehtiyaclarını, o cümlədən NATO-nun Ukraynaya dəstəyini necə gücləndirəcəklərini müzakirə edəcəklərini bildirən Stoltenberq, müttəfiqlərin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlaşarkən, Ukraynanı gücləndirmək üçün də çalışacaqlarını deyib.

NATO-Ukrayna Şurası Xarici İşlər Nazirləri Toplantısı mətbuata qapalı davam edib.

İntizar
İntizar Əmirova

Oxşar xəbərlər

Britaniyanın İran əməliyyatı: Sirləri MOSSAD deyil, Mİ6 sızdırıb!

Aynur Camal

Zəlzələ ilə sarsılan Rusiya, dünyanın ən böyük zəlzələləri siyahısını dəyişir!

Aynur Camal

Hava limanlarında 134,9 milyon sərnişinə xidmət göstərildi

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu