Baş xəbərDünya

 NATO-Ukrayna Şurası xarici işlər nazirləri səviyyəsində toplanıb

Bugun.tv xəbər verir ki, Brüsseldə xarici işlər nazirləri səviyyəsində NATO-Ukrayna Şurasının iclası keçirilib.

Stoltenberq, “Rusiya-Ukrayna müharibəsi üçüncü ilinə qədəm qoydu. Ukrayna öz azadlığı uğrunda mübarizəni davam etdirərkən, müttəfiqlərdə onu dəstəkləməyə davam edir. Döyüş meydanında vəziyyət ağırdır. Bu, dəstəyimizi azaltmaq deyil, artırmaq üçün bir səbəbdir”, – deyib.

Nazirlərin görüşdə Ukraynanın ehtiyaclarını, o cümlədən NATO-nun Ukraynaya dəstəyini necə gücləndirəcəklərini müzakirə edəcəklərini bildirən Stoltenberq, müttəfiqlərin iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitinə hazırlaşarkən, Ukraynanı gücləndirmək üçün də çalışacaqlarını deyib.

NATO-Ukrayna Şurası Xarici İşlər Nazirləri Toplantısı mətbuata qapalı davam edib.

Bugün TV

Oxşar xəbərlər

Qlobal istiləşmə ilə əlaqələndirilən qeyri-adi sürüşmələr aşkarlandı

Aynur Camal

Buzda donan qurbağalar yenidən canlandı

Aynur Camal

Çindəki təbii yanğınların tüstüsü Rusiyanı bürüdü

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu