19 C
Baku
8 Sentyabr 2024, 3:24
Baş xəbər

“Naxçıvan Dəmir Yolları”nda xeyli dövlət əmlakının mənimsənildiyi iddia olunur

MMC-nin sabiq əməkdaşı məsuliyyətə cəlb edilib

“Naxçıvan Dəmir Yolları” MMC-nin əməkdaşı Ramin Mirzəyev dövlət əmlakının yeyintisində ittiham olunur. Bu barədə Naxçıvan Muxtar Respublikasının prokurorluğu məlumat yayıb.

Məlumatda bildirilir ki, səhmləri dövlətə məxsus şirkətdə baş verənlərlə bağlı prokurorluqda araşdırma aparılıb. Nəticədə xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə şübhələr ortaya çıxıb. Faktla bağlı Naxçıvan MR Prokurorluğunda cinayət işi başlanıb.

“Sübutlar əsasında şirkətin sabiq əməkdaşı Ramin Mirzəyevin qulluq mövqeyindən istifadə edərək, xeyli miqdarda dövlət əmlakını mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Ona Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə ittiham elan edilib. Hazırda istintaq davam edir”, – prokurorluğun məlumatında bildirilir.

 

Sevinc Sadıqova

Oxşar xəbərlər

“İş vaxtında artıq çalışanlara şirkət əlavə pul ödəməlidir”  – HÜQUQŞÜNAS RƏYİ 

Bugün TV

Paşinyan XİN əməkdaşları ilə regiondakı vəziyyəti müzakirə etdi

İntizar Əmirova

“Yaşıl Dünyada Qadınların Təhsili: Dünəndən Bugünə” – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu