6 C
Baku
16 Fevral 2026, 4:08
Siyasət

Naxçıvanda dövlət qurumlarına aid ilk rəsmi internet səhifəsi “GOV.AZ” zonasına köçürüldü

Azərbaycanın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bu barədə XRİTDX-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ilkin olaraq Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin (nmincom.gov.az) rəsmi internet səhifəsinin “GOV.AZ” domen zonasına köçürülməsi məqsədilə Xidmətin əməkdaşları tərəfindən müvafiq təhlillər aparılıb. Saytın audit yoxlamaları aparıldıqdan sonra zonada yerləşdirilməsi təmin edilib.

Muxtar Respublikada 11 dövlət qurumunun rəsmi internet səhifəsi Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin proqramçıları tərəfindən yenilənib. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin (nnk.gov.az), Ali Məhkəməsinin (nsupremecourt.gov.az), Mərkəzi Seçki Komissiyasının (nmsk.gov.az), Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (neco.gov.az), Kənd Təsərrüfatı Nazirliyinin (nagro.gov.az), Energetika Dövlət Xidmətinin (nminenergy.gov.az), Dövlət İmtahan Mərkəzinin (ndim.gov.az) internet səhifələrinin audit yoxlamaları aparıldıqdan sonra “GOV.AZ” domen zonasına köçürülməsi planlı olaraq həyata keçirilməkdədir.

Bugün TV

Oxşar xəbərlər

“Prezident İlham Əliyev Yekun sülh müqaviləsi ilə bağlı məsələyə nöqtə qoydu”

Aynur Camal

Rusiya: İsrail Suriyada “özbaşına hücumlar” həyata keçirir

Aynur Camal

ABŞ Senatı DHS büdcəsini təsdiqləyə bilmədi – hökumət hissə-hissə bağlana bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu